QHT Əməkdaşlıq Alyansı prezident seçkilərinin monitorinqinin I mərhələsinin nəticələrini açıqlayıb

Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olmuşdur
“Əhaliyə səyyar hüquqi yardım” layihəsi həyata keçirilir
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib

QHT Əməkdaşlıq Alyansı 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərinin uzunmüddətli monitorinqinin I mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Alyansın həmsədri Rufiz Qonaqov bildirib ki, seçki monitorinqinin 12 avqust-12 sentyabrı əhatə edən I mərhələsi artıq yekunlaşıb və 6 regionda monitorinq yekunlaşıb: “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsız?” sualına rəyi öyrənilən respondentlərin 89,32%-i prezident İlham Əliyevə inandıqlarını bildiriblər. 7,94% isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 0,91% Ümid Partiyasının namizədi İqbal Ağazadəyə, 0,55% BAXP namizədi Qüdrət Həsənquliyevə, 0,35% İlyas İsmayılova, 0,31% Sərdar Cəlaloğluna, 0,62% isə digər namizədlərə inandıqlarını bildiriblər”.

Alyans həmsədrinin sözlərinə görə, “bu gün seçki keçirilərsə, kimə səs verərdiz?” sualına cavabda da birmənalı olaraq İlham Əliyev böyük üstünlüklə irəlidədir: “Monitorinqə cəlb edilən on min nəfərin 89,32%-i, yəni 8 932 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. 7,94% Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2,74% isə digər namizədlərə səs verərdim deyə cavab verib”.

R.Qonaqov qeyd edib ki, növbəti monitorinqin Naxçıvan MR, Sumqayıt və Bakı Şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Alyansın həmsədri Rəfail Becanov deyib ki, siyasi partiyaların da reytinqinin müəyyənləşdirilməsi monitorinqin əsas məqsədlərdən biri olub və bu sırada da birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur: “Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 8932 nəfəri, yəni 89,32%-i YAPın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 10,68%-i isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2,45%-lə AXCP, 2,43%-lə Müsavat, 1,31%-lə KXCP, 1,12%-lə ALP, 0,91%-lə Ümid Partiyası qərarlaşıb. 2,46% Ədalət, ASDP, MMP və digər partiyalar arasında bölünüb”.

Alyansın həmsədri Yadigar Məmmədli isə çıxışında ölkədəki seçki mühiti ilə bağlı məlumat verib. O vurğulayıb ki, aparılan monitorinqlər zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb: “İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məhdudiyyətlər müşahidə edilməyib. Əhali seçkidə iştirak etmək, səs vermək istəyindədir. Azərbaycan seçicisinin seçkidən gözləntiləri iqtisadi artım, sosial inkişafın, infrastruktur layihələrinin davamlı olmasıdır. Ölkənin ümumi inkişafını müsbət dəyərləndirən 94% respondent bu tempin qorunub saxlanılmasının tərəfdarıdır. Aparılan monitorinqin nəticələri də onu göstərir ki, ölkə əhalisinin böyük əksəriyyəti hazırkı prezident İlham Əliyevin siyasətini dəstəkləyir”.