Qranadada dördtərəfli görüşün nəticələrinə dair bəyanat qəbul edilib

Xocalıda insan qalıqları aşkarlanıb
Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində ATƏT sədri ilə görüşüb
Paşinyan son sözləri ilə göstərdi ki, münaqişə ilə bağlı Mətyu Brayzənin deyil, məhz özünün məlumatı yoxdur

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin (ASB) Sammiti çərçivəsində Fransa, Almaniya, Avropa İttifaqı Şurası və Ermənistan rəhbərlərinin (müvafiq olaraq Emmanuel Makron, Olaf Şolts, Şarl Mişel və Nikol Paşinyanın) iştirakı ilə və Azərbaycan və Türkiyə prezidentlərinin (müvafiq olaraq İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan) iştirakı olmadan “ermənipərəstlərin öz aralarında keçirdiyi yığıncağ”ın nəticələri ilə bağlı bəyanat qəbul olunub,

AZƏRTAC xəbər verir ki, bəyanatda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts “Qarabağ ermənilərinin bu yaxınlarda kütləvi şəkildə köçürülməsinin nəticələri ilə əlaqədar Ermənistana əlavə humanitar yardımın göstərilməsi”nin zəruriliyini ifadə ediblər. Sənəddə vurğulanır ki, bu “qaçqınlar” “heç bir şərt olmadan, beynəlxalq monitorinqlə və onların tarixinə, mədəniyyətinə və insan hüquqlarına lazımi hörmətlə” öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququnu həyata keçirmək imkanına malik olmalıdırlar.

Sənəddə Prezident Mişelin 2023-cü il 14 may və 15 iyul tarixli bəyanatlarında qeyd olunduğu kimi, Ermənistanın (29 min 800 kvadratkilometr) və Azərbaycanın (86 min 600 kvadratkilometr) suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında” Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönələn səylərin dəstəkləndiyi vurğulanıb.

Bəyanatda güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək prinsipinə ciddi riayət etmək çağırışı yer alıb, “SSRİ Baş Qərargahının tərəflərə təqdim edilmiş son xəritələr əsasında sərhədlərin delimitasiyası üzrə işlərin təcili aparılmasının zəruriliyi diqqətə çatdırılıb. Bildirilib ki, bu, həm də qüvvələrin ayrılması, eləcə də sülh müqaviləsi üzrə aparılan işin başa çatdırılması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.

Bəyanatın müəllifləri regional əməkdaşlığın genişləndirilməsinə, Ermənistan ilə Türkiyə arasında bütün sərhədləri bərpa etməyə, eləcə də “ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında” regional kommunikasiyaları açmağa çağırıblar.

Avropa liderləri Ermənistanı və Azərbaycanı bütün saxlanılanları azad etməyə, habelə itkin düşənlərin taleyi ilə bağlı məsələnin həllində əməkdaşlıq etməyə və minalardan təmizləmə işlərinə kömək göstərməyə çağırıblar.

“Azərbaycan tərəfinin iştirakı olmadan qəbul edilən bəyanatların hansı əhəmiyyət kəsb edir? Bu, ritorik sualdır.

AZƏRTAC