Quram Marxuliya: Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bunun nəticələri
“Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT- in Minsk qrupu məşğul olur. Lakin bu münaqişənin həllində tərəflərin qəti mövqeyi olmadan müsbət nəticə əldə etmək mümkün olmayacaq.

Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir. Azərbaycan bu münaqişənin, eləcə də, digər problemlərin sülh yolu ilə həllində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü tarixçi alimi, politoloq Quram Marxuliya “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda deyib.

Marxuliya deyib: “Düşünürəm ki, Ermənistan dövləti də, belə bir cəsarətli addımı atacaq və bu addım münaqişənin həllində həlledici qərarın qəbul olunmasında mühüm rol oynayacaq”.

Professor bildirib ki, tarixdə, istənilən münaqişə sonda sülh yolu ilə həllini tapıb. İnanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə öz həllini tapacaq. Ermənistan rəhbərliyi də mövqeyində dəyişiklik etsə, sülhə nail olunacaq.

O, bu məsələdə vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib.

Xətayi Əzizov, AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi