Rəcəb Tayyib Ərdoğan: Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən ölkəyik

Gəncədə Ermənistanın dağıtdığı məktəblərin qiymətləndirilməsi aparılır
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar onlayn iclası keçirilib
Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub

Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Biz də Bakıda və Şuşada azərbaycanlı qardaşlarımızın sevincinə şərik olduq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 2021-ci il yeni fəaliyyət dövrünə aid açılış iclasındakı nitqində ifadə edib.

Mövzu ilə bağlı fikirlərini davam etdirən Türkiyə dövlətinin başçısı deyib: “İşğal altındakı torpaqlarını xilas etmək üçün mübarizə aparan bir ölkəyə dəstək göstərən Türkiyəyə qarşı kin bəsləyən tərəfləri əsla unutmayacağıq. Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən ölkəyik”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin oktyabrın 1-də yeni dövr fəaliyyətinə dair açılış iclası keçirilib. İclasın açılışında TBMM-in sədri Mustafa Şentop çıxış edib.

AZƏRTAC