Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi 

Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq
Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
Bərdədə törədilən terror aktları nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Latviyada da anılıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

AZƏRTAC xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.