Ramil Usubov: Ötən il 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
Direktor: “İşsizin DOSTu” proqramı çərçivəsində 16 minədək şəxs işə götürülüb”
Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

Keçən il mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu, Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov bildirib.

Nazir deyib ki, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib.