Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb

AVCİYA: “Saat 17.00-a olan məlumata görə, seçici fəallığı davam edir”
AVCİYA prezident seçkilərində müşahidə və “exit-poll” həyata keçirəcək
AVCİYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsi davam etdiriləcək

Tədqiqatçı – alim Nəsiman Yaqublunun Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə haqqında ingilis dilində kitabı nəşr edilib.

Kitabda M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamlarıının ümumi xronologiyası ilə yanaşı coxlu sayda fotolar və sənədlər də oxuculara təqdim edilib.

Müəllifin AzVision.az-a verdiyi məlumata görə, kitabın ingilis dilində nəşr edilməsinin başlıca səbəbi M.Ə.Rəsulzadəni dünya ictimaiyyətinə daha geniş tanıtmaq, məlumat və bilgilər verməkdir.İngilis dilində nəşr edilmiş bu kitabın elektron versiyalarının müxtəlif ölkələrin arxivlərinin və kitabxanalarının kataloqlarına istifadə üçün salınacağı da nəzərdə tutulub.

Kitabı ingilis dilinə T.Bağırlı tərcümə edib və ingiliscə redaktoru isə E.Mehdiyevdir.

Kitab millət vəkili E.Süleymanovun prezidenti olduğu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) layihəsi əsasında reallaşıb.Kitabın redaktoru V.Əlibəyovdur.

AzVision.az