AVCİYA: “Saat 17.00-a olan məlumata görə, seçici fəallığı davam edir”

1918-ci il Şamaxı soyqırımına həsr edilmiş elmi konfrans keçirilmişdir
AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsi çərçivəsində ADPU-da ilk debat olub
Şamaxıda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918-ci il Şamaxı soyqırımı” mövzusunda konfrans keçirilib

“Saat 17.00-a olan məlumata görə, seçici fəallığı davam edir. Seçki prosesində kütləvi, kobud qanun pozuntularına rast gəlinməyib. Müəyyən texniki səhvlər, xırda qanun pozuntuları qeydə alınıb. Bütün bu faktlar toplanılır”. Bu açıqlamanı APA-ya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı verib.

M. Zülfüqarlı AVCİYA müşahidəçilərinin hazırda 5148 məntəqədə seçki prosesini izlədiyini qeyd edib: “Biz seçici fəallığı və qanun pozuntuları ilə bağlı informasiyaları toplayırıq. AVCİYA-nın seçkinin nəticələri ilə bağlı geniş aşıqlaması seçki məntəqələri bağlanandan sonra, təxminən 21.00-da açıqlanacaq”. /APA/