Rusiya Azərbaycana ərazi münaqişəsinin nizamlanması üzrə Gürcüstandakından fərqli bir yol təklif edir

Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”
Gürcüstan Prezidenti ilə müxalifətin danışıqları nəticəsiz qalacaq – ekspertlər
Rusiya politoloqlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə baxışları

Rusiya prezidenti Dmitri Medvedyev RF-nin yaxın hərbi müttəfiqi tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması məsələsi ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları təşkil etmək niyyətində olduğunu bildirib.

«İki qonşu dövlət həll yollarını axtarmağa hazırdır», – deyə Medvedyev bildirib.

Sovet İttifaqının dağılmasından sonra iki postsovet ölkəsi – Azərbaycan və Ermənistan, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması səbəbindən müharibə şəraitindədirlər. Tərəflər arasında atəşkəs rejiminə dair razılaşma 1994-cü ildə imzalanıb və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Neft bumu hesabına çiçəklənən Azərbaycanın əsas problemi ərazi mübahisəsinin həll edilməsidir. 

Həm hökumət, həm də azərbaycanlılar minlərlə insanın həyatına son qoyan və 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşməsinə gətirib çıxaran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində olduqca həssasdırlar.

Azərbaycanda münaqişənin nizamlanmasının Rusiyanın bu məsələdə hələ ki, maraqlı olmaması səbəbindən uzadılmasına əmindirlər. Sözsüz ki, Medvedyevin RF-nin qonşu ölkələr arasında ərazi mübahisəsinin həllində vasitəçilik etmək niyyəti barədə bayanatından sonra, yeni prezidentin rəhbərliyi altında Rusiyanın səmimiliyi məsələsi gündəmə gəldi. Azərbaycanda Yeltsin dövrünü hələ də yaxşı xatırlayırlar. O zaman Rusiya Azərbaycan ilə hərbi vəziyyətdə olan Ermənistana 1 mlrd. dollar həcmində silah-sursat vermişdi. Azərbaycan ilə Rusiya arasında münasibətlər Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra normal məcraya düşməyə başladı.

Gürcüstandakı ərazi çəkişməsinə Rusiyanın hərbi müdaxiləsindən sonra azərbaycanlılar ölkənin hərbi büdcəsinin artmasına ramən, münaqişənin hərbi yola nizamlanması mövqeyi barədə bir daha düşündülər.

Medvedyev Gürcüstan ilə aralarında olan müharibə şəraitindən danışaraq regional münaqişələrin beynəlxalq danışıqlar çərçivəsində həll edilməli olduğunu qeyd edib.

Amerikalı diplomatlar öz növbəsində, NATO-ya can atan Gürcüstan ilə bağlı vəziyyətə işarə edərək, Azərbaycandakı münaqişənin dərhal nizamlanmasının mühüm olduğunu bəyan edirlər.

Rəsmi Ankara da regionda təhlükəsizliyin təmin edilməsi və nüfuzunun möhkəmləndirilməsi üçün şəxsi təşəbbüslə çıxış edib və ehtimal ki, bu, Dağlıq Qarabağ münaqişəsi nizamlananadək Türkiyənin Ermənistan ilə yaxınlaşması baxımından Azərbaycanda narazılıq yaradıb. Əgər Ermənistan ilə sərhədlərini bağlayan Türkiyə bu ölkəyə qarşı mövqeyini dəyişərsə, çox ehtimal ki, bu, Türkiyə, eləcə də Avropa üçün mühüm olan iri enerji layihələrinə malik olan Azərbaycanda narazılıq yaradacaq.

Rusiya əvvəllər Azərbaycan qazını almaq istədiyini bildirmişdi. Azərbaycanın rəsmi şəxsləri bu razılaşmanın Xəzər qazının Avropaya tədarükündə Rusiyanı inhisarçıya çevirmə mümkünlüyünü istisna etməmişdilər.

Rəsmi Bakı isə «Nabukko» boru kəmərinin reallaşdırılması da daxil olmaqla, Qərblə bağlı layihələrində şəxsi maraqlarını gizlətmir. /Trend/