Rusiya Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa çağırıb

Gənclər və idman naziri UNESCO-nun komitə sədri seçilib
ABŞ-ın “News Blaze” nəşri Xocalı soyqırımından yazıb
Novruzu bayram edən ölkələrin diplomatları Yel çərşənbəsini birgə qeyd etdilər

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmkinli olmağa, təmas xəttində güc tətbiqinə yol verməməyə, obyektiv imkanlar yarandıqda danışıqlara davam etməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Xatırladaq ki, yanvar ayının 28-30-da Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisinin də iştirakı ilə görüş keçirilib. Görüş zamanı iki ölkənin xarici işlər nazirləri arasında növbəti görüşün yaxın vaxtlarda keçirilməsi qərarlaşdırılıb.

report.az