Rusiyanın media ekspertləri Azərbaycana gəlir

Avropanın Müşahidə Qrupu Azərbaycandakı prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib
AVCİYA Seçki Qərargahının rəhbəri Qüdrət Həsənquliyevlə görüşdü
AVCİYA: Azərbaycan seçki qanunvericiliyi təkmilləşdirilərək beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb

Azərbaycan və Rusiya mediasının problemləri müzakirə olunacaq. Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartlarının Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə 13 mart 2010-cu il tarixdə saat 11.00-da Kaspian Plaza Biznes Mərkəzinin konfrans zalında “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada Rusiya jurnalistikasının aparıcı simaları, media üzrə mütəxəssisləri iştirak edəcəklər. Belə ki, bu sırada 1992-ci ildən Rusiya Jurnalistlər Birliyinə sədrlik edən, 15 illik qəzetçilik təcrübəsinə malik, SSRİ Dövlət Televiziya və Radio Komitəsində Mərkəzi Televiziya Proqramlarının baş direktoru vəzifəsində çalışmış Vsevolod Boqdanovla yanaşı birliyin katibləri – hüquq elmləri doktoru, professor M.A. Fedotov və Rusiya Federasiyasının Qəhrəmanı Y.M Baturin də iştirak edəcəklər. Tədbirdə Rusiyada medianın mövcud durumu barədə geniş məlumatlar verildikdən sonra, Azərbaycan və Rusiya mediasının problemləri və inkişaf istiqamətləri qarşılıqlı təhlillər əsasında müzakirə olunacaq. Dəyirmi masanın işinə Azərbaycanın tanınmış media ekspertləri, hüquqşünasları, kütləvi informasiya vasitələrinin təmsilçiləri dəvətlidir. Tədbirin təşkilatçıları ölkəmizi təmsil edəcək hər bir iştirakçının müzakirələrdə aktivlik nümayiş etdirməsini istəyirlər.

Söz Azadlığını Müdafiə Fondu