Sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldıldı

Prezident VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması haqqında Sərəcam imzalayıb
Bir nəslin xeyriyyəçilik missiyası
Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə edilən dəyişikliklə sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.

Report