“Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi üzrə ictimai hesabatın Bərdə rayonunda təqdimatı

Qaradağlı faciəsindən 34 il keçir
Heidi Hautala: Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər
“Yandex”də erməni təxribatının qarşısı alınıb

17.10.2014. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ötən bir il ərzində “Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi çərçivəsində gördüyü işlərə dair Sərsəng su anbarının əhatə dairəsinə düşən rayonlarda İctimai hesabatını bölgənin rayonlarında təqdim etməkdədir.

Növbəti təqdimatlar 17 oktyabr 2014-cü il tarixində Bərdə şəhərində yerləşən Elektron kitabxanada rayon bələdiyyə, kənd icra nümayəndələrinin, fermer təsərrüfatlarının rəhbərlərinin, iş adamlarının, su təsərrüfati və meliorasiya təsərrüfatları əməkdaşlarının, yerli icmaların və rayon fəallarının iştirakı ilə keçirilmişdir.

Görüşdə çıxış edən layihə əlaqələndiricisi Samir İsayev görülən işlər barədə məlumat vermiş, AVCİYA ekspertlərinin hazırladıqları hesabatların təqdimatını keçirmişdir.

18 oktyabr 2014-cü il tarixdə Tərtər rayonunda bu cur ictimai hesabatların təqdim olunması həyata keçiriləcəkdir.

AVCİYA-nın mətbuat xidməti