Sabah Şuşada Bəyannamənin imzalanmasının ildönümü münasibətilə tədbir keçiriləcək

Report

Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib
İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib
Düşmənin mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib
Sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə tədbir keçiriləcək.
“Report”un xəbərinə görə, toplantıda Azərbaycan parlamentinin deputatları, Türkiyənin dövlət rəsmiləri, hər iki ölkənin partiya nümayəndələri iştirak edəcək.
Tədbirə Türkiyə tərəfindən sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.

Report