“Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək

İyulun 13-də AMEA-nın Folklor İnstitutunda Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyinə həsr edilən “Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək. AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə xülasələrini iyulun 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə iyulun 5-nə qədər elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Nizami ili
Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib
Prezident və birinci xanım “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar

İyulun 13-də AMEA-nın Folklor İnstitutunda Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyinə həsr edilən “Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə xülasələrini iyulun 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə iyulun 5-nə qədər elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.