Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir
Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Aralıq hesabatı təqdim etdi

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda 18 ölkə mübarizə aparacaq.

Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək.

AZƏRTAC