Sahibə Qafarova: Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək

Ombudsman “Uşaq Hüquqları Aylığı” elan edib
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb

“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitinin açılış mərasimində çıxışı zamanı səsləndirib.

Çıxışında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri haqqında da Sammit iştirakçılarına məlumat verən spiker bildirib ki, bu layihələr bir çox ölkənin enerji təhlükəsizliyinə töhfə verib və regional bağlantıları gücləndirib.

AZƏRTAC