Sahibə Qafarova: “Dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilmədi”

Göyçayda selin dağıtdığı piyada körpüsü bərpa edildi
Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə konsert keçirilib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü bununla da təmin ediləcək:

“Məcburi köçkünlər həmin ərazilərə geri dönəcək. Bu müharibədə Ermənistan elə zərbə alıb ki, onun özünə gəlməsinə illər sərf ediləcək”.

O qeyd edib ki, bu müharibədə dünya bir vandallığı da görüb:

“Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.

Report