Sahil Babayev: “Bu gün bizim əmək bazarımızda çətinliklər və çağırışlar çox ciddidir”

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
“E-Təbib” mobil tətbiqini yükləyin
Millət vəkili Müslüm Məmmədov Kürdəmirdə seçicilərlə görüşüb

“Bu gün bizim əmək bazarımızda çətinliklər və çağırışlar çox ciddidir. Öz sahəsi üzrə işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır”.

“Report” xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var: “Bizdə hələlik qeyri-formal təhsilin tam olaraq tanınmaması, distant iş yerində təhsilin tam olaraq tanınmaması da faktor rolunu oynayır. Amma ümumi məşğul əhalinin içərisinə baxdıqda ixtisaslı işçi qüvvəsinin sayı azdır. Bu da dövlətin icra etdiyi proqramlara da təsir göstərir. Misal olaraq, biz özünəməşğulluq proqramı çərçivəsində ölkənin regionlarında həm heyvandarlıq, həm bağçılıq, həm də digər istehsalat, və başqa xidmət sahələri üzrə paketlər elan etmişik. Bu il heyvandarlıq seqmentində daha yaxşı cins mallarının gətirilməsi istiqamətində işləməyə başladıq. Təxminən 10 min müraciətçidən 100-150 nəfəri cins mallarla davranmaq biliyi, bacarığı və istəyini qoydu. Yerdə qalanlar ənənəvi davranmaq üsulunu seçdi. Burada da gördük ki, mövcud işsiz şəxslərin arasında yeni biliklərə ehtiyac var”.

Report