Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb 

Şuşada “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans işə başlayıb
Zeynal Nağdəliyev: 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir
Ötən ay DSMF-də 21 min 584 vətəndaş müraciəti cavablandırılıb

Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb.

“Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Bu sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiq edilməsi ilə təmin olunub”, – deyə Şahmar Mövsümov vurğulayıb.