Salyanda da uşaqlar siqaret satmaq qadağandır

AVCİYA Prezidenti Elxan Süleymanov: “Bir ildir ki, hər bir azərbaycanlı kimi mən də qürurluyam”
AVCİYA Prezident seçkiləri ilə əlaqədar Aralıq Hesabatı təqdim etdi
Azərbaycanda Milli Dirçəliş günüdür

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində növbəti tədbir Salyanda baş tutub. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun təşkilatçılığı ilə  keçirlən dəyirmi masada yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı problemi araşdırılıb.

 

Dəyirmi masanı giriş sözü Salyan rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Aqşin Babayev açıb,  tədbirin əhəmiyyəti barədə danışıb, icra hakimiyyətinin bu sahədə gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun prezidenti Şahin Camalov çıxışında uşaq və yeniyetmələrin tütün məmulatlarını almalarını əngəlləyən sərt qanunların olmasını vurğulayıb.  Çıxışçı müvafiq dövlət qurumlarının vəzifə öhdəliklərini yerinə yetirmədiklərini, siqaretlərin açıq şəkildə, məktəblərə yaxın ərazilərdə, hətta ədədlə satılmasının İnzibati Xətalar Məcəlləsi llə məsuliyyət yaratdığını qeyd edib. Beynəlxalq təcrübə barəsində danışan Ş.Camalov qeyd edib ki, bir çox Avropa ölkələrində 21 yaşınadək olan şəxslərə siqaret satan satıcılar xəbərdarlıq edilmədən işdən qovulur, siqaret alanların valideynləri isə iri məbləğdə cərimə ödəməli olurlar.

AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı da problemin ciddiliyini diqqətə çatdırıb, bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşüb.

Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların İşləri üzrə Komissiyasının psixoloqu Sevinc Səmədova və Salyan rayon polis şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun rəisi Ənvər Ağayev rayonda bu sahədə aparılan profilaktiki işlərdən danışıblar.

Daha sonra cari ilin mart ayında Bakı şəhərində təşkilatçılar tərəfindən həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilib. Sosioloji sorğunun nəticələrinin müzakirəsi zamanı Salyan rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Seymur Sayılov çıxış edərək yetkinlik yaşına çatmamış şəxslərin tütün məmulatlarına çıxışlarının məhdudlaşdırılası yönündə aparılan maarifləndirici tədbirlərdən danışıb, tütün məmulatlarının insan orqanizminə zərərləri barədə  geniş məlumat verib.

Müzakirələrdə həmçinin rayon Təhsil Şöbəsinin metodisti Cəfərağa Əliyev də tütün və tütün məmulatlarına yeniyetmələrin əlçatımlılığının vəziyyəti haqda danışıb, problemin həlli istiqamətində valideynlərin rolunun danılmaz və əsas olduğunu vurğuyıb.

Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, Salyan peşə litseyinin tələbələri, habelə QHT və KİV təmsilçiləri də iştirak ediblər. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilib.

Qeyd edək ki, layihə çərçivəsində növbəti Dəyirmi masa Yevlax rayonunda keçiriləcəkdir.

 

Mətbuat Xidməti