Şamaxı: 5 evin tikintisi başa çatır, daha 7 ev isə inşa olunacaq

Elxan Süleymanov: Böyük Sənətkar Rasim Balayevin vəfatı mənim üçün ağır dost itkisidir…
Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

Fevralın 5-i və 6-da Şamaxıda baş verən zəlzələnin törətdiyi dağıntıların miqyasının dəqiqləşdirilməsi, habelə dəyən zərərin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayon fövqəladə hallar komissiyasının sədr müavini Rüstəm Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Şamaxı şəhərindəki Salman Mümtaz, Əliyarbəyov, Azadlıq, Səttar Bəhlulzadə və Şəhriyar küçələrində 5 ev yenidən tikilir. Artıq bütün evlərdə hörgü işləri başa çatıb, bəzilərində isə dam örtüyü vurulur. Bu evlərdə inşaat işləri qısa vaxtda başa çatdırılacaq.

Hazırda daha 7 evin söküntüsü işləri aparılır. Yaxın günlərdə bu evlərin də inşasına başlanılacaq.