Şamaxıda 41 min 601 seçici 680 namizəd arasında seçim edir

Sosial Tədqiqatlar Mərkəzi: Respondentlərin 90,8 faizi Azərbaycan Prezidentinə tam etibar edir
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”ə start verilib

Şamaxıda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilər seçicilərin fəallığı şəraitində davam edir.

85 saylı Şamaxı seçki dairəsinin sədri Hüseyn Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə deyib ki, son illər yerli problemlərin həllində bələdiyyələrin rolu artdığına görə seçicilər ən yaxşı namizəd seçimində daha çox maraqlıdırlar. Səsvermənin ilk saatlarında seçicilərin fəallığı da bunu bir daha təsdiq edir.

Dairənin sədri qeyd edib ki, dairə üzrə yaradılan 63 məntəqədə seçkilərin normal, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait var. Siyahıya əsasən 41 min 601 nəfər seçici qeydə alınan 680 namizəd arasında istədikləri şəxsə səs verə bilər.

Prosesi 721 nəfər müşahidəçi izləyir ki, onlardan 263 nəfəri ayrı-ayrı siyasi partiyaların üzvləridir.

İndiyədək səsvermənin gedişi ilə bağlı dairəyə heç bir şikayət daxil olmayıb.