SAMF da muzey direktorları ilə görüş keçirilib

AVCİYA Ağdam rayonunu işğaldan azad edilməsi münasibətilə Azərbaycan Xalqını və Ali Baş Komandanı təbrik edib.
Məcburi dövlət sosial sığorta xərcləri 32 faiz artaraq 125 milyon manata yüksəlib
Baş Prokurorluq əhaliyə müraciət edib

“Söz azadlığı müdafiə fondun”da işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib. Görüşü açan fondun sədri, tanınmış şair Musa Yaqub fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə tədbir iştirakçılarına məlumat vermiş və üç ay ərzində layihə iştirakçılarının gördüyü işlərdən danışmışdır. Görüşdə daha sonra çıxış edən fondun icraçı direktoru Vüqar Tofiqli layihənin məqsədi kimi respublika üzrə virtual diyarşünaslıq muzeylər şəbəkəsini yaratmaq olduğunun bidlirmişdir. Əlaqəli məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışan layihə direktoru çıxışında bildirib ki, yaradılan resurs vasitəsi ilə ilk olaraq Azərbaycanın işğal altında olan maddi-mədəni irsi haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılacaq. Layihə çərçivəsində rayonların mədəniyyət şöbəsinin müdirlərinin və muzey direktorları ilə görüşlərdən sonra 300-dən artıq eksponatın fotosurətləri fonda təqdim edilmişdir. Artıq fondun imkanları hesabına istifadəyə verilən www.diyarshunasliq.az saytında əldə olan məlumatlar yerləşdirilmişdir. 2011-ci ilin yanvar ayında təqdimatı keçiriləcək saytın üzərində işlər hələ davam etdirilir.
Görüşdə Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin direktoru Taryel Abbaslı fondun həyata keçirdiyi layihəni təqdirəlayiq hal hesab edərək, muzeylərin bu güngü fəaliyyətinin qənaətbəxş olmamasını, habelə muzey əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə baglı addımların atılmasının vacibliyini vurğulamışdır.
Görüşün sonunda görüş iştirakçıları www.diyarshunasliq.az saytına baxış keçirmiş, öz təklif və tövsiyyələrinin layihə iştirakçıların bildirmişlər.
SAMF
20/12/2010