SAMF “Euronews”u jurnalistikanın beynəlxalq prinsiplərinə hörmət etməyə çağırıb

Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib
Prezident tariximizi saxtalaşdırmaq istəyən özümüzünkülərə sərt mesaj verdi

Telekanal mövzuya tarixi reallıqlara hörmət prinsipi baxımından qayıtmalıdır. Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Euronews” televiziya kanalının qeyri-obyektiv mövqeyini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, belə nüfuzlu, obyektivliyinə gırə beynəlxalq miqyaslı bir media qurumu imici qazanmış telekanalın Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı qeyri-obyektiv süjet sərgiləməsi bütün Azərbaycan ictimaiyyətinin kəskin etirazına, hiddətinə səbəb olub.
Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə tanışlıq səfəri çərçivəsində “Euronews” əməkdaşları tərəfindən hazırlanan və telekanal vasitəsilə yayımlanan reportajda səslənən informativ xarakterli, özündə qeyri-obyektivliyi əks etdirən süjet ölkə əhalisinin təəssüf və təəccübünə səbəb olmuşdur. Konkret detallara toxunan bəyanat müəllifləri həmin süjetdə Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kulinin “Dağlıq Qarabağı Ermənistan ərazisində zəngin mədəniyyətə malik bir bölgə” kimi xarakterizə etməsini kökündən yanlış bir məlumat adlandırıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və separatçı rejimin idarə etdiyi Dağlıq Qarabağın “müstəqil dövlət”, buradakı separatçıların başçısı Bako Saakyanın isə qondarma qurumun “prezidenti” kimi təqdim olunması faktının bu nüfuzlu telekanalın özunun imicinə ciddi zərbə vuracağı da bəyanatda xüsusi vurğulanır. Bəyanatda həmçinin bu süjetin “Euronews”in ənənəvi standartlarına uyğun deyil, birtərəfli və məqsədli şəkildə hazırlanmasından da xüsusi narahatçılıq ifadə olunub. Rəsmi Bakının rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsinin telekanalın prinsiplərinə, eləcə də beynəlxalq jurnalistikada qəbul edilmiş tərəfsizlik, obyektivlik kimi standartlara zidd olduğu da bəyanatda dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bunun problemin sulh yolu ilə həllinə maneçilik törədilməsi və xalqlar arasında ədavətin yenidən qızışdırılmasına səbəb ola biləcəyi məqsədilə ortaya atıldığı ehtimal olunur.
Bəyanatın sonunda “Euronews” telekanalının rəhbərliyinin jurnalistikanın beynəlxalq prinsiplərinə əsaslanaraq tarixi reallıqlara hörmət prinsipi baxımından bu mövzuya bir daha qayıdaraq əsl faktlara söykənəcək obyektiv bir material hazırlayıb yayımlamasının vacibliyi bildirilib. Qeyd edilib ki, bu, Azərbaycanda da kabel televiziyası vasitəsilə yayımlanan “Evronyus”a itən inamların bərpasına kömək etmiş olar.

SAMF