AVCIYA Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsinin nəticələrinə dair hesabatını açıqlayıb

Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub
AVCİYA-nın “Baxış bucağı” debatlar silsiləsindən üçüncü debat olub
AVCİYA-da “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirilib

Bu gün Trend Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin nəticələrinə dair aralıq hesabatını açıqlayıb.

AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, bələdiyyə seçkiləri günü 49 DSK üzrə 1600 məntəqədə müşahidə aparılması planlaşdırılır. “Bundan başqa, AVCİYA “ELS” müstəqil araşdırmalar Mərkəzi ilə birlikdə 17 DSK-nın 222 məntəqəsində exit-poll keçirəcək”, – o məlumat verib.

Hesabata əsasən, builki seçki kampaniyası əvvəlkilərlə müqayisədə daha sakit və konstruktiv davam edib. Zülfüqarlı bunu bələdiyyələrin sayının azaldılması ilə əlaqələndirib. Hesabatda qeyd olunub ki, 1718 bələdiyyədə olan 15682 yerə cəmi 35000-ə yaxın namizəd irəli sürülüb ki, bunlardan 31 849 nəfəri qeydiyyatdan keçib. Beləliklə, əvvəliki seçkilərdən fərqli olaraq 1 yerə orta hesabla 2 nəfərdən bir qədər çox namizəd düşür.

Hesabatda seçki administrasiyasının fəaliyyəti müsbət qiymətləndirilib. Zülfüqarlı bildirib ki, “qaynar xətt”in yaradılması, şikayətlərin araşdırılması üçün ekspert qrupunun təşkli edilməsi hesabatda müsbət amillər kimi qeyd olunub.

/ Trend /