SAMF reklamların yazılışında dövlət dilinin monitorinqini aparıb

Dövlət Gömrük Komitəsi “Qubadlı” gömrük postu yaradıb
Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu CƏDVƏLİ

Reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-ndə isə rus sözlərinin latın qrafikası ilə yazıldlğı aşkarlanıb
Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib. İlk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb. Fond yaxın vaxtlarda isə media qurumlarında analoji durumla bağlı ölkə ziyalılarının, mütəxəssislərin, əlaqədar dövlət qurumları təmsilçilərinin, dilçi alimlərin iştirakı ilə geniş müzakirələrə və tədbirlərə başlayacaq.
İlk monitorinq Bakı şəhərinin 10 mərkəzi küçə və prospektində mövcud olan 442 xidmət sahəsindəki reklam xarakterli lövhələri əhatə edib. Araşdırmalar nəticəsində bəlli olub ki, reklamların dili, konkret olaraq reklamlar hazırlanarkən dövlət dilinin tələblərinin qorunması ilə bağlı problemlər bir neçə il öncəki vəziyyətlə müqayisədə nisbətən yaxşılaşsa da, qənaətbəxşlik çərçivəsindən hələ xeyli kənardadır. Belə ki, monitorinq zamanı reklam xarakterli lövhələrin 52% -də Azərbaycan dili, 37% ingilis dili, 11% isə turk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 23% -də qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 18% də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb.
Qeyd edək ki, reklamların yazılışı zamanı adıçəkilən qanunun 7.1.-ci maddəsinin nəzərdə tutduğu “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub. Əksinə bir sıra soydaşlarımızın “dəblə danışmaq” xəstəliyinin reklam lövhələrinə də sirayət etdiyi məlum olub. Azadlıq prospekti boyu sıralanan “Boçka”, “Başmaçok”, “Çudo Peçka”, İstiqlaliyyət küçəsində “Tetradka”, R.Behbudov küçəsində “Bon Apetit” şirniyyat mağazası, S.Vurğun küçəsində “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”. Bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beaty salon” ifadələrinin həkk olunduğunu da nəzərə alsaq, Bakıya gəlmiş əcnəbinin və ya əyalət insanının hansı hissləri keçirəcəyini təsəvvür etmək o qədər də çətin olmaz.
Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan dilinin müxtəlif səviyyələrdə qorunmasına həsr olunan monitorinqləri bundan sonra da davam etdirəcək.

Söz Azadlığını Müdafiə Fondu