“Seçkilər” İnformasiya Mərkəzinin “Qaynar xətt”inə 65 müraciət daxil olub

AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
Fövqəladə Hallar Nazirliyi gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

7 noyabr Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin “115” saylı “Qaynar xətt” telefonuna gün ərzində 65 müraciət daxil olub. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib. Müraciətlərin heç biri şikayət xarakterli olmayıb, əsasən texniki xarakter (seçki məntəqələrinin ünvanları, seçici siyahıları və s.) daşıyıb.
Qeyd edək ki, seçkilərdə 125 deputat mandatı uğrunda 690 deputatlığa namizəd mübarizə aparır./APA/