Serbiyalı beynəlxalq müşahidəçi: “Bu mərhələ üçün hər şey qaydasındadır və normaldır”

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib
Parlament seçkilərində informasiya agentlikləri tərəfindən yeni layihələr start götürəcək
17 min nəfərə şamil edilən amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir

“Səsvermə prosesi başlayandan bir neçə seçki məntəqəsində olmuşuq. Bu mərhələ üçün hər şey qaydasındadır və normaldır”. APA-nın xəbərinə görə, bunu Serbiya parlamentinin nümayəndəsi, beynəlxalq müşahidəçi Vladimir İlic bildirib. Onun sözlərinə görə, müşahidə apardıqları birinci seçki məntəqəsində 1 saat ərzində təxminən 100 nəfər səs verib: “Digər məntəqədə isə təxminən 15 nəfər seçici var idi. Hələlik heç bir problemlə qarşılaşmamışıq”.