Sosial Xidmət müəssisəsi sakinlərinin Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib
Azərbaycanın baş konsulu ABŞ-ın ermənipərəst konqresmenlərinə cavab verdi
Azərbaycanda yeni bələdçi kitabı nəşr edilib

Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsi sakinlərinin Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarətçilər Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı Şanlı Ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi, eləcə də düşmənin məhv edilən ağır və yüngül silahları, hərbi texnikası ilə tanış olub, hərbçilərimizin keçdiyi şərəfli döyüş yolunu xəyallarında canlandırıblar.

Müəssisənin yaşlı sakinləri parkdan qürur hissləri, xoş təəssüratlarla ayrılıblar.

Qarabağ Azərbaycandır!

AZƏRTAC