az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
Qarabağa qayıdış
“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq
Ombudsman: Beynəlxalq Ədalət Məhkəməsinin qərarını regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq. Təlimlər Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin, “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın gürcü dili bölməsində “Şuşa İli” çərçivəsində məqalələrin yaradılması ilə bağlı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin idarə heyətindən Leyla Əmrahova və “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimovla fikir mübadiləsi aparılıb. Yaxın günlərdə mərkəzin gəncləri təlimlərdə iştirak edəcəklər. Burada əsas məqsəd gürcü dili bölməsində Azərbaycana aid və Şuşanın tarixi ilə bağlı məqalələrin yaradılması, eyni zamanda, mövcud olan məqalələrin zənginləşdirilməsidir. Sonda təlimləri uğurlu başa vuran və məqalələr yaradan könüllülərə “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və AMEA Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyev tərəfindən sertifikat və fəxri diplomlar veriləcək.
E.Eltürk “Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyətli fəaliyyətin aparıldığını da bildirib. Qeyd edib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 38-dən 39-cü yerə yüksəlib. Keyfiyyət artımı Azərbaycan “Vikipediya” icmasının uğurlu töhfəsidir və onların gərgin əməyinin nəticəsidir. Azərbaycanda “Vikipediya” hərəkatı daha da genişlənəcək. Bu həm də doğma dilimizin varlığının inkişafı deməkdir. Dilimizi qorumaq, yaşatmaq hər birimizin müqəddəs borcudur. “Viki” könüllülər bu işin önündə gəlirlər.
AZƏRTAC
Newer Post
Qanunsuz ağackəsmə və balıq ovu faktları ilə bağlı cinayət işləri başlanıb
Older Post
AVCİYA prezidenti Elxan Süleymanov: “Əziz Şuşamız həm də beynəlxalq tədbirlər məkanına çevrilir”
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter