Şuşa, Xocalı və Ballıcaya çatan ailələrə mənzillərin açarları təqdim edilib

Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
Bugünədək Azərbaycanın 10 şəhəri BMT-nin “Sülh Şəhərləri Başçıları” təşkilatının üzvlüyünə qəbul olunub
FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.

Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Şuşa, Xocalı şəhərləri və Xocalı rayonunun Ballıca kəndinə çatıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdıb.

Onların arasında Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) yola salınıb.

Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.

Bugünkü köçdə ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdıb.

Report