Şuşanın işğaldan azad edilməsində beynəlxalq hüququn roluna dair müzakirələr aparılmışdır

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etiyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir
7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Ramiz Sevdimalıyevın (siyasi elmlər doktoru, AVCİYA-nın eksperti) çıxışı
Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub

Mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” (AVCİYA) və “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” ictimai birliklərinin birgə təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə əlaqədar “Şuşanın işğaldan azad edilməsində beynəlxalq hüququn rolu” mövzusunda tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, işğalın tarixindən, erməni təcavüzkarlarının qarətlərindən və tarixi abidələrimizin məhv edilməsindən danışan “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev Şuşanın 104 mədəniyyət və tarixi-mədəni abidəsinin, 20 kitabxanasının, 12 klubun, 6 mədəniyyət evinin, 22 məktəbin və 7 uşaq bağçasının ermənilər tərəfindən dağıldığını vurğulamışdır.

Şuşanın işğalında beynəlxalq hüquq normalarının pozulmasından danışan AVCİYA-nın sədri Məhərrəm Zülfüqarlı isə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilməmişdir.

Sonda mövzu ətrafında məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.