Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manat transfert ediləcək

Azərbaycanın Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
Kür çayına 600 min balıq körpəsi buraxılıb
İyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək

“Dövlət borcu haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilməsi məqsədilə hazırlanıb.

Belə ki, 2021-ci ildə dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə ediləcək.

Report