TANAP-ın baş direktoru: Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək

Bu gündən etibarən “YAŞAT” marafonuna start verilir
XİN nümayəndəsi Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir

TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək.

S.Düzyol bildirib ki, Azərbaycan, eyni zamanda TANAP kəməri ilə daşınan öz təbii qazından gəlir əldə edəcək:

“Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq. Nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq”.

Baş direktor əlavə edib ki, indiyədək TANAP-ın işlənilməsi çərçivəsində qazın nəqlindən Türkiyə hokumətinə hər min kubmetrə 5,95 ABŞ dolları ödənilib.

Trend.az