Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir

Azərbaycanın ənənəvi incəsənəti Moskvada təqdim olunacaq
Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri nümayiş olunur
AVCİYA Gəncə, Göygöl və Mingəçevirdə seminarlar keçirdi

Gürcüstanın paytaxtı Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Stratpol Beynəlxalq Araşdırma Mərkəzi, Rondeli Fondu və Friedrich-Ebert-Stiftung təşkilatı təşkil edib.

Forum Qara dəniz bölgəsində təhlükəsizlik mövzusuna həsr olunan sessiya ilə başlayıb. Sessiyada NATO-nun Qara dəniz bölgəsindəki təhlükəsizlik təşəbbüsü, Alyansın Gürcüstan və Ukrayna ilə bağlı siyasəti, Gürcüstanın NATO-ya inteqrasiyası məsələləri müzakirə olunur.

Tədbir Gürcüstanın həll olunmamış münaqişələri adlı sessiya ilə davam etdiriləcək. Növbəti sessiya Dağlıq Qarabağ münaqişəsinə həsr olunacaq. Sessiyada Ermənistanda hakimiyyət dəyişikliyinin sülh prosesinə təsiri, münaqişə tərəfləri arasında etimadın yaradılması, xarici aktorların prosesdəki rolu və digər aspektlər nəzərdən keçiriləcək.

Regional forumda Gürcüstanın dövlət rəsmiləri, Avropa, ABŞ, Azərbaycan, İran, Türkiyə, Ermənistan və digər ölkələrdən olan ekspertlər və araşdırmaçılar iştirak edirlər. Tədbirə diplomatik korpusun nümayəndələri də qatılıblar.