TBMM sədri: “Ermənistanın işğalçı olduğu beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsbit etdiyi bir həqiqətdir”

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib

“Türkiyə olaraq hər kəsin təhlükəsizliyi üçün çalışmaq, dünyanın sülh və sabitlik içərisində yaşaması üçün mübarizəyə davam etməkdə qətiyyətliyik. Bölgəmizdəki və dünyadakı münaqişələrin həlli üçün təşəbbüs göstərməkdən də çəkinmirik”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkmənistan Məclisi tərəfindən “Beynəlxalq təhlükəsizlik və sülhü gücləndirməkdə parlamentarilərin rolu” mövzusunda keçirilən tədbirdə onlayn çıxışı zamanı deyib.

“Türkiyə Ermənistanın gərək Azərbaycana qarşı, gərək də regional olaraq bir təhdid, risk yaradan, məsuliyyətsiz davranan bir dövlət olduğu qənaətindədir. Ermənistanın işğalçı olduğu beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsbit etdiyi bir həqiqətdir. Türkiyənin Azərbaycanın yanında yer alması, dost və qardaşlıqdan savayı, Azərbaycanın haqlı olması ilə bağlıdır”, – deyə M. Şentop vurğulayıb.

APA