TRACEKA layihəsində Şərq və Qərb maraqlıdır

Obamanın seçilməsi ilə Azərbaycan – Amerika münasibətləri əhəmiyyətli dərəcədə dəyişməyəcək
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb
Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində maraqlı deyil – Rusiyanın Milli Strategiya İnstitutunun prezidenti

Trend Capital-ın xüsusi müxbirinin Astanada Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov ilə müsahibəsi
– Cənab səfir, məlum olduğu kimi aprel-may aylarında Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın Bakıda növbəti toplantısı planlaşdırılırdı. Hansı səbəbdən onun keçirilməsi təxirə salındı və ümumiyyətlə bu il toplantı olacaqmı?
– Hökumətlərarası komissiyanın toplantısının keçirilməsi qarşılıqlı razılıq əsasında müəyyən olunur. Görüşün təşkil edilməsi üçün hər iki hökumətin iş qrafikinin uyğun gəlməsi zəruridir. Bu standart prosedurdur. Mən hökumətlərarası komissiyanın toplantısının daha gec müddətə keçirilməsini “dramatikləşdirmək” istəməzdim.
Bu, hər iki tərəfin görüşə yaxşı hazırlaşdığına dəlalət edir və hər il müzakirə edilməli olan məsələlərin sayı artır. Biz əvvəllər olduğu kimi energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri ilə məhdudlaşmaq istəmirik. Hazırda bizim qarşılıqlı fəaliyyətimiz üçün yeni-yeni imkanlar yaranır.
Diqqət yetirin: bizim ölkələr arasında əmtəə dövriyyəsi ildən ilə artır. Bu, ikitərəfli münasibətlərin inkişafının göstəricilərindən biridir. Beş il əvvəl əmtəə dövriyyəsi 200 milyon dollara yaxın idi, 2008-ci ilin yekunlarına görə əmtəə dövriyyəsi artıq yarım milyard dollara çatıb. Bizim qarşımızda iki ölkə prezidenti tərəfindən müəyyən edilmiş vəzifələr durur – ölkələrimiz arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq. Bizim cari münasibətlərimizin səviyyəsi buna imkan yaradır.
Narahatçılıq üçün səbəb yoxdur. Özünüz nəzər yetirin, 2004-cü ilə qədər hökumətlərarası komissiyanın yalnız bir toplantısı keçirilib, lakin 2004-cü ildən sonra hər il keçirilməyə başlandı. Bu ilin yalnız beş ayı keçib, qabaqda növbəti toplantının keçirilməsi üçün kifayət qədər vaxt var.
– Ölkələrimiz arasında cari münasibətləri necə qiymətləndirərdiniz?
– Onlar çox yüksək səviyyədədir. Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Son dörd ildə bizim qarşılıqlı fəaliyyətimizin xarakterini müəyyən edən 4 vacib sənəd imzalamışıq.
Biz birlikdə böyük beynəlxalq energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim bu sferalarda birgə fəaliyyətimiz inteqrasiya xarakterlidir.
Hazırda dünyada Qazaxıstan və Azərbaycana Avropa enerji təhlükəsizliyinin təmin olunmasında böyük ümid edirlər.
Məlum olduğu kimi, Azərbaycan və Qazaxıstan arasında enerji körpüsü qurulacaq – Xəzər neftini beynəlxalq bazara çıxarmağı nəzərdə tutan nəqlin Xəzər-Qazaxıstan sistemi. Bu səbəbdən bizim əməkdaşlığımız uzun müddətə müəyyən edilib.
– Hazırda maliyyə böhranı dövründəTRASEKA layihəsinin dayandırılması ilə bağlı fikirlər səsləndirilir.
– İcazə verin, bununla razılaşmayım. Nə Azərbaycan, nə də qonşumuz Türkiyə dünya əhəmiyyətli bu layihənin həyata keçirilməsini dayandırmaq niyyətində deyil. Məsələ ondadır ki, bu layihə yalnız onun ərazisindən keçən ölkələr üçün deyil, həmçinin digər ölkələr üçün zəruridir. Bu layihədə Qərb və Şərq maraqlıdır.
Mənim fikrimcə, bu layihənin həyata keçirilməsi böhranın qısa bir zamanda aradan qaldırılmasına yardım edəcək, çünki TRACEKA Qərb və Cənub ölkələri arasında məsafəni əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə öz növbəsində vəsaitlərə qənaət etməyə imkan yaradacaq.
– Qazaxıstan öz ərzaq təhlükəsizliyini təmin etmək kursunu götürüb. Azərbaycan bu məsələnin həllinə hansı töhfəni verə bilər?
Qazaxıstan bu sahədə böyük imkanlara malik ölkədir. Ölkə ərzaq təhlükəsizliyinə malik olan zaman həqiqətən müstəqil olur. Sizin ölkənin (Qazaxıstanın) cari siyasəti – neft sektoru ilə birgə kənd təsərrüfatını inkişaf etdirmək – düzgündür.
Azərbaycanın töhfəsinə gəldikdə isə deyə bilərəm ki, bizim ölkələrimiz qonşudur. Biz həmsərhəd ölkələrik. SSRİ dövründə ittifaq ölkələri arasında əmək bölgüsü, daha doğrusu ixtisaslaşma olan zaman Azərbaycan və Qazaxıstanın qərb regionları arasında sıx əlaqələr mövcud idi. Onlar hələ də yadda qalır və son illərdə öz yeni inkişafına qədəm qoyub.
Qazaxıstanın həmişə təzə tərəvəz və meyvələrə tələbatı olub, Azərbaycanda isə kənd təsərrüfatı məhsullarının emalı üçün baza yaradılıb. Bu səbəbdən Qazaxıstan Azərbaycanın bu məhsulları üçün əlverlişli bazardır. Azərbaycanın məhsulları ekoloji cəhətdən təmiz hesab olunur.
– Siz Azərbaycanın Qazaxıstan ilə köhnə münasibətlərindən danışdınız. Məlumdur ki, Qazaxıstan bir çox etnik azərbaycanlılar üçün vətən olub. Siz diaspora haqqında nə deyə bilərsiniz?
– Son dövrlərdə bizim Qazaxıstandakı diasporamızın həyatında bir çox dəyişikliklər baş verib. Əvvələr Qazaxıstanın paytaxtı olan Alma-Atada güclü Azərbaycan diasporası formalaşıb. Lakin paytaxtın Astanaya köçürülməsi ilə bizim mərkəzi Qazaxıstanda diasporamız güclənib. Qazaxıstanın digər regionlarından bura gələnlərin sayəsində diaspora daha da böyüyüb.
Qazaxıstan böyük ölkədir və paytaxtın dəyişilməsi Qazaxıstanın şimalında yaşayan Azərbaycan diasporasının həyatını öyrənməyə imkan yaratdı. Məsələn, güclü Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyi Karaqanda, Petropavlovsk.
Respublikada ən böyük Azərbaycan diasporasının yerləşdiyi Aktauda isə səfirliyin himayəsi ilə ötən il baş konsulluq açılıb və hazırda Qazaxıstanın qərb və şimal-qərb regionlarında yaşayan azərbaycanlılar arasında fəal işlər görür.
Vilayətlərdə bütün diasporalar ilə bizim səfirlik sıx əlaqə saxlayır. Ümumilikdə qeyd etmək istərdim ki, Qazaxıstan tolerant ölkədir və burada Azərbaycan və digər xalqların nümayəndələri özlərini vətənlərindəki kimi hiss edirlər və bütün xalqlar bir-biri ilə sülh şəraitində yaşayırlar. Bizim burada yaşayan həmvətənlərimiz Qazaxıstan xalqının bir hissəsinə çevrilib.