“Travellers Archive” jurnalı: Azərbaycan hər addımda heyrətləndirir

Prezident İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
Ombudsman: Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir
Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Azərbaycan müəyyən mənada qeyri-adi turizm marşrutudur: bu ölkə hər addımda heyrətləndirməyi bacarır – həm insani nöqteyi-nəzərdən, həm də mədəni və coğrafi baxımdan.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Travellers Archive” turizm internet jurnalı yazır.

“Travellers Archive” nəşrində Azərbaycana dair “bələdçi” tipli geniş məqalə dərc edilib. Məqalədə, əsasən, Azərbaycanın dilindən, adət-ənənələrindən, yerli iqlimindən və milli mətbəxindən danışılır.

Nəşr qeyd edir ki, Azərbaycan cinayətkarlığın aşağı səviyyədə olduğu bir ölkədir, respublikada tolerantlıq, dini dözümlülük hökm sürür. Məqalədə multikulturalizmə və dini dözümlülüyə xüsusi diqqət ayrılır. Belə ki, Azərbaycanda müsəlmanların xristian və yəhudilərlə birgə dinc yanaşı yaşamaları qeyd edilir.