Türk Şurasına sədrlik Azərbaycana keçib

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib
Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilib
Şuşada ilk dəfə Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.

O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Report.az