Türk Şurasının Zirvə toplantısı başlayıb

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu
Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı- I Hissə
Beynəlxalq Miqrasiya Təşkilatı könüllü olaraq mənşə ölkəsinə qayıdan vətəndaşlara reinteqrasiya yardımı edir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi Zirvə toplantısı başlayıb.

Sammit videoformatda keçirilir.

Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edir.

İclasda müzakirə ediləcək məsələlərdən biri Türkmənistanın Türk Şurasına üzv olmasıdır. Bununla bağlı müsbət qərar qəbul ediləcəyi və rəsmi Aşqabadın Şuraya qoşulacağı gözlənilir.

Toplantının yekununda Qazaxıstanın Türküstan şəhərinə “Türk dünyasının mənəvi paytaxtı” statusu veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə Zirvə toplantısının Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətə görə iclasın videoformatda keçirilməsinə qərar verilib.

Report