Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

Report

Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb
XİN: ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlaması çox təəccüblüdür
“Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub
İstanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.
Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.
İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.
Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edir. O, “Report”un yerli bürosuna açıqlamasında türkdilli dövlətlərin belə bir Şurasının yaradılmasının vacib xarakter daşıdığını bildirib.

Report