Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb
XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”
Şər-böhtan kampaniyası iflasa uğradı

Türkiyənin daxili polad magistralları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, Ankara və Sivas şəhərləri arasında 603 kilometrlik dəmir yolu çəkilir. Bu yolla sürət qatarları məsafəni 2 saata qət edəcək. İstanbul-Sivas yolunda isə hərəkət 5 saata başa çatacaq. Yaxın gələcəkdə tikintisi planlaşdırılan Sivas-Ərzincan-Ərzurum xəttinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi nəzərdə tutulur.

Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul