Türkiyə mətbuatı: Azərbaycan bir daha qardaşlığını nümayiş etdirdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Litva nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Türkiyənin aparıcı media orqanları Azərbaycan və Türkiyə liderlərinin son telefon danışığı xəbərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media strukturları Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsi səylərinə Azərbaycanın dəstəyinin vacibliyinə diqqət çəkiblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi etməsi ilə bağlı məlumat televiziya kanallarının xəbər buraxılışlarında yer alıb.

Azərbaycandan Türkiyəyə amfibiya təyyarəsinin göndərilməsi ilə bağlı məlumat, həmçinin bir çox qəzet və xəbər saylarının əsas səhifələrində işıqlandırılıb.

İki qardaş ölkə liderinin telefon danışığı Türkiyə ictimaiyyətinə “Azərbaycan yenidən qardaşlığını nümayiş etdirdi!”, “Qardaşlıq əlaqələri məhz belə günlərdə özünü göstərir”, “Azərbaycan yanğınların söndürülməsinə yardım göndərir”, “Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir”, “Azərbaycan meşə yanğınlarına qarşı Türkiyəyə kömək edir” kimi sərlövhələri ilə təqdim olunub.

Media orqanları Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycana təşəkkür mesajını da diqqət mərkəzində saxlayıb.

Qeyd edək ki, son günlərdə Türkiyə ərazisində onlarla meşə yanğını qeydə alınıb. Yanğınsöndürmə əməliyyatlarına çox sayda texnika, onlarla helikopter və təyyarə cəlb edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara