Türkiyə Parlamenti Qazaxıstanda sabitlik və normal həyatın təmin edilməsini dəstəkləyən açıqlama yayıb

Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb
Ötən il azad edilmiş ərazilərin minalardan təmizlənməsinə ayrılmış vəsait açıqlanıb
AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü

Türkiyə Böyük Millət Məclisi Qazaxıstan Respublikasında sabitlik və normal həyatın təmin edilməsini dəstəkləyən açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun imzası ilə yayılan açıqlama Türkiyə parlamentində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ partiya tərəfindən dəstəklənib.

Qardaş Qazaxıstanda son günlər baş verən proseslərin ciddi narahatlıqla qarşılandığının ifadə edildiyi açıqlamada diqqətə çatdırılır ki, Qazaxıstanın sabitliyi və əmin-amanlığı bizim üçün ölkəmizin sülhü və əmin-amanlığı qədər vacibdir. Biz sevinirik ki, Qazaxıstan xalqının sağlam düşüncəsi və hakimiyyətin tədbirli sayəsində proseslər sakitləşməyə başlayıb və ölkədə vəziyyət normallaşmaq üzrədir. Hadisələrdə həlak olan qazax qardaşlarımıza Allahdan rəhmət, kədərli yaxınlarına başsağlığı və səbir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Açıqlama belə tamamlanır: “Qazi parlamentimiz 15 iyul (2016-ci ildə törədilən dövlət çevrilişinə cəhd) xain dövlət çevrilişinə cəhd zamanı Qazaxıstan hakimiyyətinin göstərdiyi həmrəyliyi unutmayacaq. Müstəqilliyinin ilk günündən Qazaxıstanın yanında olan Türkiyə, ümumilikdə region üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanın sülh və sabitliyi üçün hər cür dəstəyi verməyə davam edəcək”.

AZƏRTAC