Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Misirə səfərə yola düşür

Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ilin ilk xarici səfərləri üçün Səudiyyə Ərəbistanı və Misirə yola düşür.

AZƏRTAC xəbər verir ki, Prezident Ərdoğan Ər-Riyadda vəliəhd şahzadə Muhammed bin Salman, Qahirədə isə həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Türkiyə liderinin ikigünlük danışıqlarında regional inkişaf prosesləri və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdir.

Vaşinqton ilə Tehran arasındakı gərginliyin, eləcə də Suriyadakı vəziyyətin müzakirə olunacağı da gözlənilir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza “Sülh Şurası” üçün ayrıca gündəm maddəsi planlaşdırılır.

Qahirədə Misir-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası da keçiriləcək. Prezident Ərdoğanın, həmçinin Türkiyə-Misir Biznes Forumunda iştirakı planlaşdırılır.

AZƏRTAC