Türkiyənin nüfuzlu “Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb

Prezident və birinci xanım Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev: “Bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.

AZƏRTAC xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında önəmli fikirlər səsləndirdiyi bildirilir. 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyevin gördüyü işlərin hər zaman diqqəti cəlb etdiyi vurğulanır. Qeyd edilir ki, ötən 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə edib.

Süjetdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafına böyük önəm verir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, işsizliyin səviyyəsi 5 faizə düşüb. Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, ordusu da güclənib. Müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bir gecədə 2 min hektar ərazini Ermənistanın işğalından azad edib.

Süjetdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində görülən işlər faktlarla diqqətə çatdırılır. Bildirilir ki, ötən 14 il ərzində ölkədə ümumilikdə 12 min 300 kilometr yol çəkilib.

Vurğulanır ki, Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev tarixi mesajlar verib. Dövlət başçısı Azərbaycanın tarixi torpağı, hazırda Ermənistanın paytaxtı olan İrəvana qayıtmağın siyasi və strateji hədəf olduğunu vurğulayıb.

Süjetin sonunda qeyd edilir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağına böyük inam var.