Türkiyə MN Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”ə start verilib
İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak edib
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

“Report”un xəbərinə görə, nazirliyin təbrikini Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara keçirdiyi brifinqdə çatdırıb.

“Bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı noyabrın 8-də qeyd olunacaq Zəfər Günü münasibətilə indidən təbrik edirik.

Ədalətli işlərində, bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla onların yanında olduğumuzu bir daha vurğulayırıq”, – nazirlik rəsmisi deyib.

Report