AVCİYA prezidenti Elxan Süleymanov Müstəqillik bayramı münasibətilə Türkiyə səfirini təbrik edib

Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı

 Fövqəladə və Səlahiyyətli Səfiri

cənab Cahid Bağcıya 

Hörmətli cənab Səfir,

Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 98-cı ildönümü münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və rəhbərlik etdiyim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) kollektivi adından təbrik etməkdən məmnunluq duyuram.

Böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə xalqının qəhrəmanlığı və vətənpərvərlik əzmi nəticəsində qazanılmış dövlət müstəqilliyi keçən 98 il ərzində çətin və şərəfli inkişaf yolu keçərək daha da möhkəmləndirilmiş, Türkiyə Cümhuriyyəti siyasi, iqtisadi və digər sahələrdə böyük nailiyyətlər əldə edərək tək regional deyil, həm də qlobal məqsədlərə nail ola bilən güclü dünya dövlətinə çevrilmişdir.

Türkiyə Cümhuriyyəti Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin qeyd etdiyi “Bir xalq, iki dövlət” prinsipinə sadiqlik nümayiş etdirərək daim ölkəmizə dəstək nümayiş etdirmişdir. Sayın Rəcəb Tayyib Ərdoğanın Cümhurbaşqanlığı dövründə Türkiyə-Azərbaycan münasibətləri daha da möhkəmlənmiş və ən yüksək səviyyəyə qalxmışdır.

İkinci Qarabağ müharibəsi başlanan andan Türkiyə Cümhurbaşqanı Sayın Ədoğanın “Türkiyə Azərbaycanın yanındadır. Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir” bəyanatı ilə ölkəmizə siyasi və mənəvi dəstək ifadə etməsi Azərbaycan xalqını və Azərbaycan Silahlı Qüvvələrini ruhlandırdı və qələbə əzmini artırdı. Qardaş Türkiyə müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycanın yanındadır və işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında birbaşa iştirak edir.

 Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhurbaşqanı Sayın Ərdoğanın 15 iyunda Türkiyə-Azərbaycan arasında strateji müttəfiqliyə dair Şuşa Bəyannaməsini imzalaması ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı.  Cümhurbaşqanı Sayın Ərdoğanın 4 ay ərzində ikinci dəfə işğaldan azad edilmiş ərazilərə səfər etməsi, Fizuli Beynəlxalq Hava Limanının açılışnda, Zəngəzur dəhlizinin əsasının qoyulmasında iştirak etməsilə dünyaya mesaj göndərdi ki, Türkiyə və Azərbaycan bir yerdədir, Türkiyə və Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi qeyri-mümkündür.

Hörmətli cənab Səfir,

Bir daha Müstəqillik günü münasibətilə Sizi və Sizin timsalınızda qardaş Türkiyə xalqını təbrik edirəm.

  Yaşasın Türkiyə! Türkiyə və Azərbaycan qardaşlığı əbədidir! Yaşasın Türkiyə-Azərbaycan birliyi! Biz birlikdə güclüyük!

Dərin hörmətlə,

Elxan Süleymanov,

AVCİYA prezidenti