Türkiyə Müdafiə Nazirliyi: C130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub

“Made in Azerbaijan” brendli məhsullar Tbilisidə ənənəvi xeyriyyə yarmarkasında təmsil olunacaq
Türkiyədən Ermənistana uçuşların başlayacağı tarix açıqlanıb
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində iyirmi hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 12-də Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik sosial mediada qəza qurbanlarının adlarının siyahısını bu sərlövhə ilə paylaşıb: “Vətən sizə minnətdardır!”.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

“Qəhrəmanlarımız 11 noyabr 2025-ci ildə Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında C130 hərbi- nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar. Öz adımdan və Türkiyə Silahlı Qüvvələri adından başsağlığı verirəm və qurbanların ailələrinə, bütün türk xalqına səbir diləyirəm”, – deyə Güler paylaşımda bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl təyyarə qəzası yerində axtarış-xilasetmə əməliyyatlarını müzakirə etmək üçün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.

Bu arada, Türkiyə Müdafiə Nazirliyi hərbi mütəxəssislərin 12 noyabr səhər saat 6:30-da qəza yerində işə başladığını bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara